Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığortanövlərinin hesabına 331,3 milyon manat sığorta haqqıtoplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 7%çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 5,7milyon manat və yaxud 4,5% artaraq 131,7 milyon manata çatıb.
Beləliklə, 11 ayda icbari sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyonmanat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8milyon manat və ya 21,7% artım deməkdir.