RU

Qaradağda 3 nəfərin öldüyü avtobus qanunsuz fəaliyyət göstərirb - AYNA-dan açıqlama

Qaradağda
“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu gün paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı yaydığı məlumatda qeyd olunur.
AYNA sərnişindaşıma fəaliyyəti göstərən avtobusun qanunsuz işlədiyini açıqlayıb: "Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək. Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Qeyd edək ki, baş verən qəza nəticəsində avtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Избранный
51
4
1news.az

10Источники