RU

Qaradağda iki nəfərin öldüyü qəzada iştirak edən avtobus qanunsuz sərnişin daşıma ilə məşğul olurmuş - YENİLƏNİB 3

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bu barədə "Report"a AYNA-dan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, "İsuzu" markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:

"Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

Üç nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (bir kişi və bir qadın) ölüb, 9 nəfər xəsarət alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Qeyd edək ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən 122 saylı marşrut avtobusu Sahil qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Избранный
66
8
far.az

10Источники