Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə uğursuz çıxışı ilə seçilən “Kəpəz”in qış hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda yanvarın 3-də Gəncədə təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaqlar. Gəncə kollektivi yanvarın 10-da səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Bundan bir həftə sonra isə Yevlaxda “Karvan”la yoxlama görüşü nəzərdə tutulub.
Xatırladaq kİ, “Kəpəz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsində 16 oyun keçirib, 3 qələbə, 13 məğlubiyyət görüb. Gəncə təmsilçisi hazırda 9 xalla Premyer Liqanın yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
