Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.
11:01
Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib.
Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.
"Cebheinfo.az"