RU

FIFA futbolçular üçün yeni mükafat təsis etdi – ARENA.AZ

Dünyanın ən ali futbol qurumu olan FIFA, Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ilk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.

Xatırladaq ki, FIFA 1991-ci ildən bəri ilin ən yaxşı futbolçusunu mükafatlandırır. Təşkilat qalibi 2009-cu ilə qədər müstəqil olaraq seçib. 2010-cu ildən 2015-ci ilə qədər mükafat “France Football” jurnalı ilə birgə təqdim edilib və “Qızıl Top” kimi tanınıb.

2016-cı ildən bəri iki mükafat təqdim edilir. Biri “France Football” jurnalı, digəri isə FIFA tərəfindən.

Son olaraq ilin ən yaxşı futbolçusu Fransa milli komandasının və PSJ-nin hücumçusu Usman Dembele seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
13
11
arena.az

10Источники