Bakı. Trend:
Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yolsahəsi svetoforlarla tənzimlənəcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə hərəkətin təşkilində ediləndəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb,kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.