RU

Futzal: Azərbaycan – Danimarka matçı yerli hakimlərə tapşırıldı – ARENA.AZ

Futzal üzrə Azərbaycan millisinin Bakıda Danimarka yığması ilə keçirəcəyi yoxlama oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Vurğulanır ki, yanvarın 22-də, saat 19:00-da start götürəcək ilk qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov hakimlik edəcəklər.

Yanvarın 24-də, saat 16:00-da başlayacaq ikinci görüşə isə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan – Danimarka
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov.
22 yanvar. Bakı İdman Sarayı. Saat 19:00.

Azərbaycan – Danimarka
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
24 yanvar. Bakı İdman Sarayı. Saat 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
12
9
arena.az

10Источники