RU

"Zirə" Ukrayna və Çexiya komandalarına məğlub oldu

"Zirə" Antalya toplanışı çərçivəsində daha 2 yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynadan "Oleksandriya" ilə üz-üzə gəlib.

Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb."Zirə"nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyadan "Bohemians 1905" ilə qarşılaşıb.

Oyun Çexiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. "Zirə"nin yeganə qolunu Ruan Renato vurub.

"Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

"Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Избранный
34
2
sportinfo.az

9Источники