RU

Qurban Qurbanov: “Hər iki görüş yüksək səviyyədə alındı” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışını və keçirdikləri sonuncu yoxlama oyunlarını şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirib.

“Qarabağ” Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlembe” kollektivini 3:1 hesabı ilə məğlub edib. Qurban Qurbanov bu görüşlərdən sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə, bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
13
14
arena.az

10Источники