Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Auqsburq” – “Frayburq” matçında qalib müəyyənləşməyib. “Ştutqart”la “Union Berlin” də hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 18 turdan sonra 50 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 39 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym” və “Ştutqart” 33, “Leypsiq” 32, “Bayer” 29, “Ayntraxt” 27 xal toplayıb.
Almaniya, Bundesliqa
18-ci tur
16 yanvar
Verder – Ayntraxt 3:3
Qollar: Njinma, 29. Staqe, 78. Miloşeviç, 80 – Kalimuendo, 1. N.Kollinz, 56. Knauff, 90+4.
17 yanvar
Borussiya (Dortmund) – Sankt Pauli 3:2
Qollar: Brandt, 45+1. Adeyemi, 54. E.Can, 90+6-pen – Sands, 62. R.Cons, 72.
Köln – Maynts 2:1
Qollar: Açe, 57; 85 – Bell, 29.
Hamburq – Borussiya (Mönhenqladbax) 0:0
Hoffenhaym – Bayer 1:0
Qol: Burger, 9.
Volfsburq – Haydenhaym 1:1
Qollar: Yens, 80 – Bek, 45+1.
Leypsiq – Bayern 1:5
Qollar: R.Kardozo, 20 – Qnabri, 50. H.Keyn, 67. C.Ta, 83. Pavloviç, 83. Olise, 88.
18 yanvar
Ştutqart – Union Berlin 1:1
Qollar: Fuhrix, 59 – Yonq, 83.
Auqsburq – Frayburq 2:2
Qollar: Klod-Mauris, 47. Rexçebay, 49 – Suzuki, 60. Matanoviç, 62.
