ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib".
Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.