Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülükhüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarəedən Kazım Piriyev saxlanılıb.
Trend xəbər verir ki, müayinəzamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlumolub.
Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyəgöndərilib. Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibatiqaydada həbs edilib.