RU

Putin–Tramp xətti yenidən aktivləşir: Donbas danışıqlarından sonra…

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Moskvaya rəsmi səfər ediblər. Uitkoff və Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanması və tərəflər arasında mümkün sülh şərtlərinin müzakirəsi olub. Görüşdə müzakirə edilən məsələlərin nəticəsi də xüsusi maraq doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kremldə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə üçtərəfli formatda danışıqların aparılması ilə bağlı razılıq əldə edilsə də, Donbas məsələsi açıq qalmaqdadır:

“Qeyd edim ki, Rusiya və ABŞ Donbas mövzusunda müəyyən anlaşmaya gəlib. Xüsusilə, ötən il Ankoricdə keçirilən V. Putin–D. Tramp görüşündə ərazi güzəştləri ilə bağlı razılaşmanın əldə olunduğu iddia edilir. Hazırda isə Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərdə Rusiya Donbas məsələsində mövqeyindən geri çəkilmir”.

“Donbasın güzəştə gedilməsi Moskva üçün taktiki qələbə ola bilər. Ona görə də Rusiya danışıqlarda kiçik qələbə də olsa, əldə etmək istəyir. Bununla belə, Rusiyanın ərazi məsələlərində güzəştə getməkdən imtina etməsi müharibənin uzanmasına və danışıqlar prosesinin dalana dirənməsidir. Bu danışıqlar prosesində ABŞ yenidən Ukrayna rəhbərliyinə təzyiqlər edəcək”, – ekspert vurğulayıb.

Избранный
119
50
nocomment.az

10Источники