Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Bakıda olan Danimarka yığması ilə həftə ərzində ikinci dəfə üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka 4:1 hesablı qələbə qazanmışdı.