Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Samsunspor” – “Kocaelispor” matçında qapılara qol vurulmayıb. “Kayserispor”un qonağı olan “Başakşəhər” rəqibini 3 cavabsız qolla məğlub edib. Çempion “Qalatasaray” da səfərdə “Karagümrük” üzərində inamlı qələbəyə sevinib.
19-cu turun qalan görüşləri yanvarın 25-də və 26-da baş tutacaq.
Türkiyə, Super Liqa
19-cu tur
23 yanvar
Trabzonspor – Kasımpaşa 2:1
Qollar: Onuaçu, 51. Zubkov, 84 – Diabate, 61.
24 yanvar
Kayserispor – Başakşəhər 0:3
Qollar: Selke, 35-pen. R.Çivelek, 67-öz qapısına. Da Kosta, 86.
Samsunspor – Kocaelispor 0:0
Karagümrük – Qalatasaray 1:3
Qollar: B.Kalayçı, 27 – Qabriel Sara, 1; 50. Osimhen, 55.
25 yanvar
15:30. Qaziantep – Konyaspor
18:00. Antalyaspor – Gənclərbirliyi
18:00. Rizəspor – Alanyaspor
21:00. Fənərbağça – Göztəpə
26 yanvar
21:00. Eyüpspor – Beşiktaş
