RU

Azərbaycan Güləş Federasiyası və Milli Olimpiya Komitəsi müxtəlif layihələri müzakirə edib

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasında (AGF) müxtəlif layihələrlə bağlı Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri ilə görüş keçirilib.

AGF-dən AZƏRTAC-a bildirilib ki, MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.

Избранный
52
3
azertag.az

7Источники