RU

Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDILAR

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevdəki bir neçə dövlət qurumuna, təhsil müəssisələri və digər inzibati binaların minalanması barədə məlumat alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Kiyev polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məlumat hazırda araşdırılır.

“Qeyd etmək lazımdır ki, bu cür mesajlar çox vaxt düşmənin növbəti informasiya hücumudur. Lakin buna baxmayaraq, hər bir ünvan polis tərəfindən diqqətlə araşdırılır. Yoxlamaya partlayıcı maddə mütəxəssisləri və kinoloji itlər cəlb olunub”, - Kiyev polisi özünün Telegram kanalında bildirib.

Bizim.Media

Избранный
29
50
bizim.media

10Источники