Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.aia.az xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.Şagird Elmin Qasımov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.Faktla bağlı araşdırma başlanıb.aia.az