RU

​Avropada parlayan türk ulduz:

Danimarka çempionatının əsas klublarından olan “Midtjylland”ın ulduz futbolçusu Aral Şimşir vurduğu qollarla hər kəsin rəğbətini qazanıb.
Metbuat.az xəbər verir ki, çempionatın 21-ci həftəsində “Midtjylland” rəqib meydanda “Silkeborg”u 4:0 hesabı ilə məğlub edib.Ev sahiblərinin qapısından qollardan ikisini əslən Türkiyənin Sivas bölgəsindən olan Aral Şimşir keçirib. Gənc hücumçunun nümayiş etdirdiyi mükəmməl oyun onu yerli mətbuatın ulduzuna çevirib. Danimarka mətbuatı Aral Şimşirlə bağlı xəbərləri bu sərlövhə ilə təqdim edib: “Avropada Türk rüzgarı əsir”.

Qeyd edək ki, 23 yaşlı Aral Şimşir bu mövsüm “Midtjylland”ın heyətində 21 oyuna çıxıb. O, rəqib qapılarından 8 qol keçirib və 13 qolun ötürməsini verib.

Избранный
2
24
metbuat.az

10Источники