Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.
APA xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.
Kallas qeyd edib ki, ABŞ-ın Ukrayna üzərində təzyiq göstərmək strategiyası sülh danışıqları üçün uğursuz olub, buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.
"Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bir il ərzində bu, heç bir nəticə vermədi, buna görə bəlkə də diqqətimizi digər tərəfə yönəltməliyik", - Kallas əlavə edib.