İrandan təxliyə prosesi davam edir.
Fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Azərbaycan (175 nəfər), Çin (361 nəfər), Rusiya (244 nəfər), Tacikistan (99 nəfər), Pakistan (76 nəfər), Oman (46 nəfər), Səudiyyə Ərəbistanı (18 nəfər), Belarus (7 nəfər), Banqladeş və BƏƏ (ümumilikdə 6 nəfər), Gürcüstan (6 nəfər), Slovakiya (6 nəfər), Serbiya (5 nəfər), İordaniya (4 nəfər), Nigeriya (4 nəfər), İsveçrə (4 nəfər), Yaponiya (4 nəfər), Filippin (3 nəfər), Qətər (3 nəfər), Meksika (3 nəfər), Fransa (2 nəfər), İtaliya (2 nəfər), Türkiyə (2 nəfər), Yəmən (2 nəfər), Nepal (2 nəfər), Özbəkistan (2 nəfər), Qırğızıstan (2 nəfər), Braziliya (1 nəfər), Livan (1 nəfər), Polşa (1 nəfər), Tunis (1 nəfər), Cənubi Afrika (1 nəfər) və digər ölkələrin vətəndaşları var.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
ZÜMRÜD