RU

Tehranda həyəcanlı gözlənti: 24 saata yeni ali lider...

İranda ölkənin yeni ali liderinin müəyyənləşdirilməsi prosesi ilə bağlı diqqətçəkən açıqlama verilib.

Musavat.com xəbər verir ki, İran Ekspertlər Məclisinin üzvlərindən biri, Ayətullah Müzəffəri bildirib ki, yaxın 24 saat ərzində ölkənin yeni liderinin seçilməsi üçün iclas keçirilə bilər.

Onun sözlərinə görə, Ekspertlər Məclisinin üzvləri yeni ali liderin seçilməsi üçün iclasın təşkil olunmasını səbirsizliklə gözləyirlər və hesab edirlər ki, bu proses ölkədə yaranmış gərgin vəziyyətin sabitləşməsinə kömək edə bilər.

Müzəffəri vurğulayıb ki, hazırda hələ rəsmi iclas keçirilməyib və yeni liderlə bağlı heç bir qərar qəbul olunmayıb.

Ayətullah həmçinin ictimaiyyəti bu məsələ ilə bağlı müxtəlif ehtimallar və şayiələr yaymaqdan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, Ekspertlər Məclisinin üzvləri iclas zamanı namizədlər arasından ən layiqli şəxsi seçərək onu ölkənin yeni ali lideri kimi təqdim etməyə çalışacaqlar.

Musavat.com

Избранный
147
12
musavat.com

9Источники