ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
"Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı 18.02.2026-cı il tarixində başlayaraq, 10 iş günü davam etmişdir və martın 3-ü yekunlaşmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd olunan səhmlərin yerləşdirilməsi 12 mart 2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmin növü və forması: Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 6000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 600 000 manat
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 220 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 220 000 manat
İnvestor sayı: 3
Sifariş sayı: 3
Yerləşdirmənin yekunlaşdığı tarix: 12.03.2026
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.