RU

Arda Gülərdən fantastik qol - VIDEO

İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.

"Real Madrid" doğma meydanda "Elçe" ilə qarşılaşıb. "Kral klubu" rəqibini 4:1 hesabı ilə məğlub edib.
 

Meydan sahibi komandanın sonuncu qolu kifayət qədər baxımlı alınıb. Türkiyəli futbolçu Arda Gülər topu meydanın özlərinə aid hissəsindən birbaşa rəqib qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.


Bu qələbədən sonra xallarını 66-ya çatdıran "Real Madrid" 2-ci pillədəki mövqeyini qoruyub. Turnir cədvəlinə 67 xalla "Barselona" başçılıq edir.

Избранный
40
8
news365.az

10Источники