Bakı. Trend:
İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiyamüvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir, bu barədəİsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabındayazıb.
Nazir qeyd edib ki, Tehranda təhlükəsizliklə bağlı vəziyyət sondərəcə qeyri-müəyyən olaraq qalır.
"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraqİsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçliəməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. SəfirlikBakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyətson dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlərNazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyitövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", -nazir bildirib.