RU

İran yenidən İsrailə raket zərbələri endirdi

İrandan İsrail ərazisinə doğru növbəti raket buraxılışları qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF – SAXAL) məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri hücumun qarşısını almaq üçün çalışır”, – deyə SAXAL-dan bildirilib.

SAXAL sonuncu dəfə İrandan raket hücumu barədə Bakı vaxtı ilə saat 05:30-da məlumat vermişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Избранный
31
1
editor.az

10Источники