RU

Azərbaycan BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 28 % azaldıb

2025-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 329 milyon 65 min ABŞ dolları birbaşa investisiya qoyub.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 28 % azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 26 %-dən 13 %-ə düşüb.

İl ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 404 milyon 799 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 17,4 % azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7 %-dən 6,1 %-ə düşüb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Избранный
30
22
ikisahil.az

10Источники