RU

İtaliya Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfədən çox artırıb

2025-ci ildə Azərbaycan İtaliyanın iqtisadiyyatına 125 milyon 123 min ABŞ dolları birbaşa investisiya qoyub.

Azərbaycan Mərkəzi Bankından "Unikal"a verilən məlumata görə,  bu, 2024-cü illə müqayisədə 72,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 4,1 %-dən 4,9 %-ə qalxıb.

İl ərzində İtaliya isə Azərbaycan iqtisadiyyatına 21 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Hesabat dövründə İtaliyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,3 %-ə qalxıb.

Избранный
59
5
unikal.az

10Источники