RU

Türkiyədə oynayan kosovolu futbolçu tarixi final haqda nə dedi? - ''Şanslar 50/50-di''

Martın 31-də Priştinada DÇ-2026-ya vəsiqə uğrunda Kosovo ilə Türkiyə arasında həlledici və tarixi bir qarşılaşma keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Kosovo 18 illik müstəqilik tarixində ilk dəfə mundiala vəsiqə qazanmağa, Türkiyə isə 24 illik həsrətə son qoymağa çalışacaq.

Kosovonun heyətində 3 futbolçu karyerasını Türkiyədə davam etdirir. Bunlardan biri ''Alanyaspor''lu Floran Haderconaydı. Daha öncə ''Kasımpaşa''da forma geymiş 31 yaşlı futbolçu, 2020-dən Türkiyə çempionatında top qovur. Təcrübəli futbolçu qarşıdakı oyunla bağlı fikirləri ilə bölüşərək bunları deyib:

''Bizim üçün çox böyük bir oyundu. Bəlkə də komandamızda yer alan hər futbolçunun karyerasındakı ən önəmli matçlardan biri olacaq. Ümumiyyətlə, bu finalda yer almağın özü artıq bizim üçün yuxunun reallığa çevrilməsinə bərabərdi. Bu səviyyələrə gələ bilmək üçün çox çalışdıq. İndi də Türkiyə ilə qarşılaşacağıq və hər birimiz çox həyəcanlıyıq. Kosovoda və dünyanın dörd bir tərəfində insanlar bu oyunu səbirsizliklə gözləyir. Finalda favorit deyilik? Əslində seçmə mərhələdən öncə də şanslarımız yüksək qiymətləndirilmirdi. İsveçrə, İsveç və Sloveniyanın beynəlxalq arenada təcrübəsi bizdən daha yüksək idi. Amma biz seçmə mərhələnin əvvəlindən öz gücümüzə inandıq. Birləşərək mükəmməl nəticələr əldə etdik. Sonda da tam layiqli şəkildə final matçında yer alacağıq. Türkiyə yığmasında bir futbolçunu fərqləndirmək çətindi. Arda Gülər də, Hakan Çalhanoğlu da, Kənan Yıldız da səviyyəli futbolçulardı. Əsas odu ki, biz finaldayıq. Belə oyunlarda hər zaman şanslar 50/50-di. Öz meydanımızda oynamağımız bizə əlavə üstünlük verəcək. Düzdü, Türkiyə stadionlarındakı atmosfer qədər olmasa da, bizim stadionda da gözəl ab-hava olacaq''.
Избранный
42
45
football-plus.az

10Источники