Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
''Qalatasaray''ın qol silahı Viktor Osimhen dünya futbolunda ən çox müzakirə edilən ulduzlardan biridi. "Football-plus.az" xəbər verir ki, sabiq məşhur isimlər tez-tez onun Avropa nəhənglərindən birinə keçməli olması haqda fikirlər səsləndirirlər. Bu cür iddialar əsasən İngiltərədə ortaya atılır. İndi də ''Mançester Yunayted''in sabiq üzvü Niki Bat bu mövzuda danışıb. O, nigeriyalıya təriflər yağdıraraq ''Yunayted''ə onu transfer etməyi məsləhət görüb:
''Məncə, Osimhen doğru seçim olar. Adətən Türkiyə klublarından oyunçular normal qiymətə transfer olunur. Transfer komitəsi təkcə ən yaxşı yox, həm də ən uyğun qiymətə olan futbolçuları müəyyənləşdirməlidi. Dəyəri 120 milyon funt sterlinq olan və heç vaxt ala bilməyəcəyin oyunçulara maraq göstərmək boşuna vaxt itkisidi. Osimhen fiziki cəhətdən güclü və sürətli oyunçudu. Müdafiəçilərin arxasına açılmağı bacarır. İkili mübarizələrdə möhkəmdi. Topla rəftarı yaxşıdı və müxtəlif tərzdə qollar vura bilir. Yaxşı futbolçu transfer etmək çətindi. Bir oyunçunun potensialına güvənib onu almaq olar. Amma ''Yunayted'' hər dəfə eyni səhvi təkrarlayır. Höylunn ümidləri doğrultmadıqdan sonra riskə gedib Şeşkonu aldılar. Bunlar gənc və təcrübəsiz forvardlardı. Birdən-birə üzərlərinə böyük məsuliyyət düşür. Onlara görə ödənilən məbləğ də üzərlərində əlavə təzyiq yaradır. Düzdü, Şeşko son həftələrdə pis təsir bağışlamır və bir neçə vacib qollar vurub. Amma super performans sərgiləmir. Şeşko 2-3 ilə bəlkə də ''Yunayted''ə lazım olan səviyyəyə çata bilər. Amma indi o səviyyədə deyil. Çempionlar Liqası üçün isə ümumiyyətlə yetərli deyil''.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.