Bakı. Trend:
Fevral ayının sonuna olan vəziyyətə görə, bank sistemləri və"Azərpoçt" MMC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarınınsayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minkarta çatıb.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ötən ilineyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
“Debet kartlarının sayı 13% artdığı halda, kredit kartlarınınsayı 8% azalıb. Ödəniş kartlarının sayının artması nağdsızödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatlarınhəcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. 2026-ciilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilənölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 mln. manat təşkil
edibr",-deyə bank bildirib.
Qeyd olunur ki, həyata keçirilən nağdsız ödənişlərin ümumihəcmindən 7,171 milyon manat elektron ticarətin payına düşüb.
“Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar vasitəsilə,3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlarvasitəsilə həyata keçirilib.
İlin əvvəlindən etibarən ödəniş kartları ilə həyata keçiriləndaxili nağdsız əməliyyatların həcmi ümumi daxili kartəməliyyatlarının 69,7%-ni təşkil edib”, – məlumatda deyilir.
Qeyd edək ki, cari ilin 1 mart tarixinə Azərbaycan banksektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib. Bugöstərici ötən ilin 1 aprel tarixi ilə müqayisədə 3 milyard 571,1milyon manat və ya 6,7% çoxdur.
Məlumata görə, fəaliyyət göstərən bankların məcmu öhdəlikləri 49milyard 617,4 milyon manat, balans kapitalı isə 7 milyard 515,4milyon manat təşkil edib.
Fevral ayında bankların məcmu aktivləri 0,3%, məcmu öhdəlikləri0,2%, balans kapitalı isə 1,5% artıb.