RU

İran terrorçuluqda təqsirli bilinən iki şəxsi edam etdi

BAKI, 4 aprel. TELEQRAF

İranda “Mücahidinə Xalq” qruplaşmasının terrorçuluqda təqsirli bilinən iki üzvü edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, onların ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra Tehranda icra olunub. Şəxslərin paytaxtda silahlı hücumlar və partlayışlar törətdiyi, həmçinin qruplaşmanın maliyyələşdirilməsi və gizli fəaliyyətinin təşkilində iştirak etdiyi qeyd edilib.

Onlar növbəti hücuma hazırlaşarkən saxlanılıb və məhkəmə tərəfindən silahlı üsyan, milli təhlükəsizliyə qarşı sui-qəsd və terror fəaliyyətlərində təqsirli biliniblər.

Избранный
35
17
teleqraf.com

10Источники