RU

Azərbaycanlı deputat Türkiyədə ciddi ZƏDƏ ALDI: ƏMƏLİYYAT olunmaq ehtimalı var

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində zədələnən Milli Məclisin deputatı Kamran Bayramovun ilkin vəziyyəti məlum olub.

BAKU.WS xəbər verir ki, turnirdə iştirak edən yığmanın kapitanı Fazil Mustafa Oxu.az-a açıqlamasında deyib ki, Kamran Bayramov hazırda xəstəxanadadır:

"İlkin məlumata görə, çarpaz bağlarında qopma var. Rentgen və MRT müayinəsindən keçir. Ümid edək ki, yaxşı olacaq. Görünür ki, əməliyyatlıq məsələdir".

F.Mustafa qeyd edib ki, həmkarının zədələnməsi onların oyununa da təsir edib:

"Kamran müəllimin zədələnməsi oyunumuza təsir etdi. Mənim də sağ ayağım zədəli idi. Çətinliklə oyunlara çıxırdım".

*** 14:25

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.

Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə millisinin heyətində oyunun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.

Beləliklə Azərbaycan turniri ikinci yerdə tamamlayıb.

Qırğızıstan isə üçüncü olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.

Matçın ən vacib anlarından biri də azərbaycanlı deputatın zədələnməsi olub. Belə ki, oyunun 20-ci dəqiqəsində milli heyətin üzvü Kamran Bayramov ciddi travma alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.

Избранный
21
14
far.az

10Источники