RU

ABL: “Gəncə” “Lənkəran”ı, NTD “Sumqayıt”ı məğlub etdi – ARENA.AZ

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-in mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.

Günün ilk oyununda “Gəncə” “Lənkəran”la üz-üzə gəlib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri qələbə qazanıblar – 91:55.

Son olaraq NTD “Sumqayıt”ı məğlub edib. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma paytaxt təmsilçisinin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, daha əvvəl baş tutmuş matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” isə “Quba”nı (101:89) məğlub etmişdi.

Qeyd edək ki, bu komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək. Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Sonda onu da xatırladaq ki, ABL-də yarımfinal seriyaları da 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
13
50
arena.az

10Источники