RU

Ermənistandan Rusiyaya cavab: «Qazın qiymətini artırsa, KTMT və Avrasiya ittifaqından çıxırıq»

Ermənistan tərəfi Rusiyanın qazın qiyməti ilə bağlı üstüörtülü hədəsinə cavab verib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, rəsmi İrəvan da Moskvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT Rusiyanın nəzarəti altında olan hərbi blok) və Avrasiya ittifaqından çıxacağı ilə hədələyib.

“Rusiya qazın qiymətini artırarsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 4-də keçirdiyi brifinqdə deyib.

Xatırladaq ki, Rusiya və Ermənistan arasında qazın qiyməti ilə bağlı mövzu bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşündə qalxmışdı. Həmin görüşdə rusiya rəhbəri Ermənistana təzyiq etmək üçün ona Rusiya qazının qat-qat ucuz qiymətə satıldığını xatırlatmışdı.

«İndi Avropada qazın qiyməti kəllə-çarxa vurub, 1000 kubmetrin qiyməti 600 dolları keçib, Ermənistana isə qazı 177 dollara satırıq, fərq böyükdür» -deyə Vladimir Putin bildirmişdi.

min görüşdə Paşinyan bu mövzuya münasibət bildirməsə də, Ermənistan parlamentinin sədri Rusiyaya cavab verib: «Qeyd etməliyəm ki, belə bir qərar qəbul edilərsə [yəni qazın qiyməti artsa FED.az], Ermənistan qərar verəcək və nəinki KTMT-dən, həm də Aİİ-dən və digər strukturlardan tamamilə çıxacaq», deyə Simonyan vurğulayıb.

rçənd, spiker dərhal vurğulayıb ki, vəziyyətin bu həddə çatacağını gözləmir: «Bilirəm ki, ölkə rəhbərləri arasında çox yaxşı, işgüzar və məhsuldar bir söhbət olub».

Избранный
6
50
fed.az

10Источники