RU

"Fənərbağça", "Milan" və "Tottenhem" qvineyalı hücumçu üçün yarışır

Bakı. Trend:

Seru Qirassi mövsümün sonunda "Borussiya"dan ayrılmaqistəyir.

Trend xəbər verir ki,qvineyalı hücumçu karyerasını başqa klubda davam etdirməyiplanlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Qirassinin Bundesliqa nəhəngi ilə müqaviləsində 35 milyonavroluq sərbəstqalma maddəsi yer alıb. Bu məbləği ödəyən klub 30yaşlı forvardı heyətinə qata bilər.

Təcrübəli futbolçu ilə "Milan", "Tottenhem", "Fənərbağça" vəSəudiyyə Ərəbistanı klubları maraqlanır.

Qeyd edək ki, "Borussiya" Seru Qirassini 2024-cü ilin yayında"Ştutqart"dan transfer edib. Qvineya millisinin üzvü bu mövsümDortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 18qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
23
39
az.trend.az

10Источники