RU

Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxdı, komandası qalib gəldi

ABŞ-nin “Kolambus Kryu” klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

Oxu.Az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun “Atlanta Yunayted”lə səfər matçında meydana çıxıb.

O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyətidir.

Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Избранный
34
6
editor.az

7Источники