RU

Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.

"Report" xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.

Избранный
9
3
far.az

8Источники