Bu gün Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək. Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. "İmişli" 22 xalla doqquzuncudur.
Günün ikinci matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq. Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
Mətləb