RU

İran XİN: İranın vasitəçilərə cavabı hazırlanıb, ictimaiyyətə məlumat veriləcək

İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək.


APA-nın Tehran bürosunun xəbərinə görə, bunu bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.


“Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt da biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün heç bir şəkildə qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hal-hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”,- Bəqayi bildirib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının və İran xalqının ABŞ ilə danışıqlarda çox acı təcrübələri olduğunu və bu təcrübələri asanlıqla əldə etmədiklərini, asanlıqla nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib.


“Düşmənin törətdiyi cinayətlərin həcmi artdığı və hər gün yeni bir cinayət törətdiyini bildiyimiz bir şəraitdə bütün diqqətimiz və qüvvəmiz ölkəmizi müdafiə etməyə yönəlməlidir. Diplomatiya da qayda olaraq sistemin tərkib hissəsi kimi öz vəzifələrini həm cinayətləri sənədləşdirmə, həm cəsarətli və aydın cavab vermə, həm də vəziyyəti izah etmə sahəsində yaxşı yerinə yetirir”,- Bəqayi vurğulayıb.


O bildirib ki, İranın enerji və sənaye infrastrukturunu məhv etməklə bağlı təhdidlər özlüyündə bir müharibə cinayətidir.


Bəqayi ABŞ-ı İranda mülki hədəflərə hücum etmək üçün İsrailə yaşıl işıq yandırmaqda günahlandırıb.


“Əlbəttə ki, bu cinayətlərin törədilməsinə hər hansı şəkildə kömək edən, şərik olan hər bir ölkə məsuliyyət daşımalıdır. Beynəlxalq məhkəmələr qarşısında — əgər səlahiyyətləri varsa, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında — əgər səlahiyyətləri varsa, yoxdursa, milli qanunvericilik çərçivəsində mütləq cavab verməlidirlər”,- İran XİN sözçüsü vurğulayıb.

Haşim Rahimi

Избранный
13
8
apa.az

10Источники