RU

İsraildən “Hizbullah”a ağır zərbə

İsrail ordusu Livanın paytaxtı Beyrutda həyata keçirilən hava zərbəsi nəticəsində “Hizbullah” terror təşkilatının lideri Naim Qassem və onun yaxın qohumunun öldürüldüyünü açıqlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, İsrail hərbi mənbələrinin məlumatına görə, zərbə “Hizbullah” rəhbərliyinə qarşı planlaşdırılmış hədəfli əməliyyat çərçivəsində endirilib. Bildirilir ki, hücum zamanı təşkilat rəhbərinin qardaşı oğlu və yaxın çevrəsinə daxil olan bir neçə şəxs də həlak olub.

Məlumata əsasən, öldürülən şəxslərdən birinin Qassemin yaxın qohumu olmaqla yanaşı, təşkilat daxilində əlaqələndirici funksiyalar yerinə yetirdiyi qeyd olunur. İsrail tərəfi əməliyyatın uğurla həyata keçirildiyini və əsas hədəfin zərərsizləşdirildiyini iddia edir.

“Hizbullah” isə liderinin öldürülməsi ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Beyrutda baş verən hücumun nəticələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.

Son zərbə İsrailin Livana qarşı son günlər intensivləşdirdiyi hava hücumları fonunda həyata keçirilib. Hücumlar regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib və ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs razılaşmasının gələcəyi ilə bağlı narahatlıqları artırıb.

Analitiklər hesab edir ki, “Hizbullah” liderinin öldürülməsi rəsmi şəkildə təsdiqlənərsə, bu hadisə Livan-İsrail qarşıdurmasının daha genişmiqyaslı mərhələyə keçməsinə səbəb ola bilər.

Избранный
29
50
vaxt.az

10Источники