RU

Qalibafdan "güc diplomatiyası" bəyanatı – "ABŞ-a inanmırıq, mübarizə davam edəcək!"

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Pakistanın paytaxtı İslamabadda ABŞ nümayəndə heyəti ilə aparılan, lakin nəticəsiz bitən sülh danışıqları barədə ilk rəsmi açıqlamasını verib.

Musavat.com xəbər verir ki, Qalibaf Tehranın sülh üçün iradə nümayiş etdirdiyini, lakin Vaşinqtonun etimad qazana bilmədiyini bəyan edib.

Qalibaf vurğulayıb ki, İran nümayəndə heyəti əvvəlki iki müharibənin acı təcrübəsini nəzərə alaraq ABŞ tərəfinə qətiyyən inanmır. Onun sözlərinə görə, bu danışıqlar raundunda rəqib tərəf İranın etimadını qazanmaq üçün yetərli addım ata bilməyib.

"Amerika bizim məntiqimizi və prinsiplərimizi başa düşdü. İndi qərar vermək onlara qalıb: bizim etimadımızı qazana biləcəklər, yoxsa yox", — deyə spiker qeyd edib.

Qalibaf İran xalqının haqlarını qorumaq üçün "güc diplomatiyası"ndan istifadə etdiklərini bildirib. O, bu metodu hərbi mübarizənin davamı və digər bir forması kimi xarakterizə edərək, Tehranın geri çəkilməyəcəyinə işarə vurub.

Bu açıqlama Cey Di Vens və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ heyətinin bölgəni tərk etməsindən sonra gəlib. Bu, sülh ümidlərinin rəsmən dondurulduğunu və "güc amili"nin yenidən ön plana çıxdığını təsdiqləyir.

Musavat.com

Избранный
2
50
musavat.com

10Источники