RU

Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirdi (FOTOLAR)

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda vətəndaşlarla mütəmadi görüşlər və qəbul proseslərini ardıcıl şəkildə davam etdirilir. 

"Unikal" xəbər verir ki, növbəti vətəndaş qəbulu Zaqatala şəhəri, Nizami küçəsi 2 ünvanında yerləşən köməkçi ofisdə təşkil olunub. Qəbul zamanı müxtəlif kəndlərdən gələn seçicilərlə görüş keçirilib, onların müraciətləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, millət vəkilinin səlahiyyəti çərçivəsində olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb.

Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayonun ziyalı ağsaqqalları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər. Vətəndaşların müraciətləri əsasında bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib ki, bu da sosial həssas qruplara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun ailəsini ziyarət edib. Görüş zamanı qəhrəman zabitin şərəfli həyat yolu, xüsusi təyinatlı dəstənin Vətən müharibəsində göstərdiyi misilsiz şücaət geniş şəkildə xatırlanıb. Şəhidin vətənə sədaqəti, döyüş əzmi və yüksək zabit nümunəsi xüsusi vurğulanıb.

Qeyd olunub ki, şəhidlərimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şanlı tarix yazıblar. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaq. Bu gün dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı həmin müqəddəs amalın davamlılığını təmin edir.

Sonda həm şəhid ailələri, həm də qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Vətəndaşlar ölkə rəhbərliyi tərəfindən əhaliyə göstərilən diqqət və qayğının hər zaman hiss olunduğunu xüsusi vurğulayıblar.

Избранный
23
1
unikal.az

10Источники