RU

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.

Aktual.az APA-ya istinadla xəbər verir ki, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.

Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov.

Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nln səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

Избранный
14
8
ulusum.az

10Источники