RU

İradlar olacaq, amma bu yolla getməliyik DİM sədri

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

“Yazılı suallar avtomatik yoxlanılır. İngilis dilində essenin qiymətləndirilməsi çox vacibdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Bu yeni mərhələyə keçidi 2 ildən çoxdur ki, hazırlayırıq. Amma bu hazırlıq ictimaiyyətin diqqətində deyildi. İmtahanlar 11-də də keçirildikdə müxtəlif maraqlar toqquşmağa başlayır. Kursların, repetitorların fikri səsləndirilir. İradlar olacaq, bilirəm. Amma bu yolla getməliyik. Buraxılış imtahanlarından yaxşı nəticələri tədris dilində görürük. Yazı işlərindən imtina edənlərin sayı kifayət qədər azalıb”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
16
redaktor.az

10Источники