Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan "SAHA İstanbul"un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi başlayıb.
Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, həmin sərgidə Türkiyə rəsmi olaraq “Yıldırımhan” adlı ilk uzun mənzilli, qitələrarası hipersəs ballistik raketini təqdim edib.
Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf Proqramı tərəfindən təqdim edilən bu sistem Türkiyənin müdafiə sənayesinin əldə etdiyi ən uzaq mənzilli və ən sürətli raketdir.
Açıqlanan texniki göstəricilərə əsasən, raketin uçuş mənzili 6 000 kilometrə qədərdir, sürəti isə 9-25 Max arasında dəyişir. Dörd mühərriklə təchiz edilən raketdə yanacaq komponenti kimi azot-tetraoksiddən istifadə olunur.




Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта