RU

Zelenskinin İrəvana səfərinə etiraz – Ukrayna bayrağı yandırıldı – VİDEO

İrəvanda Ukrayna prezidenti Volodimir Zelenskinin səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb.

Musavat.com xəbər verir ki, aksiya Ermənistan paytaxtındakı “Yerablur” hərbi panteonunun ərazisində keçirilib. Görüntülər “Colonelcassad” teleqram kanalı tərəfindən yayılıb.

Aksiyada iştirak edən şəxs bildirib ki, bu addım Zelenskinin Ermənistana “fəxri qonaq” kimi gəlməsinə etiraz məqsədi daşıyır. 

O, çıxışında Ukraynadan göndərildiyi iddia edilən fosfor silahı ilə bağlı ittihamlar səsləndirib və belə bir səfəri “rüsvayçılıq” adlandırıb.

 

Musavat.com

Избранный
27
2
musavat.com

10Источники