RU

Moskvadan çağırış: "Xarici diplomatla Kiyevdən çıxsın"

Nazirliyin sözçüsü Mariya Zaxarovanın açıqlamasına görə, Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş bütün xarici diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə nota göndərilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sözügedən notada bildirilir:

"4 may 2026-cı ildə Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin bütün ruslar üçün müqəddəs bayram - Böyük Vətən Müharibəsində Qələbə Günündə Moskvaya zərbə endirməklə bağlı təhdidləri ilə bağlı rəsmi açıqlama yayıb. Rusiya Xarici İşlər Nazirliyi ölkənizin hakimiyyətini/təşkilatınızın rəhbərliyini bu açıqlamaya son dərəcə məsuliyyətlə yanaşmağa və Kiyev rejimi Qələbə Günü şənlikləri zamanı cinayətkar terror planlarını həyata keçirərsə, Rusiya Silahlı Qüvvələrinin Kiyevə, o cümlədən qərar qəbuletmə mərkəzlərinə qarşı cavab zərbəsi endirməsinin qaçılmaz olduğunu nəzərə alaraq diplomatik və digər missiya heyətinin, eləcə də vətəndaşların Kiyevdən vaxtında təxliyəsini təmin etməyə çağırır", - deyə bəyanatda bildirilir.

Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri bu barədə akkreditə olunmuş ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır.

Musavat.com

 

Избранный
44
6
musavat.com

9Источники