Azərbaycan atıcılıq millisi Avropa çempionatında iştirak edib.
QOL.az xəbər verir ki, Xorvatiyanın Osijek şəhərində keçirilən qitə yarışında qadınlardan ibarət komanda 25 metr standart tapança yarışında bürünc medal qazanıb.
Azərbaycan millisinin heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.